Bakıda sürücü avtobusu qapısı açıq sürdü: Kondisioner işləmir ona görə belə sürürəm - VİDEO

Bakıda sürücü avtobusu qapısı açıq sürdü: Kondisioner işləmir ona görə belə sürürəm - VİDEO
SOSİAL
17:41 15.08.2017
2949
Bakıda avtobus sürücülərindən şikayətlər artır.
 
AZXEBER.COM-un məlumatına görə, dünən 99 JL 434 nömrə nişanlı 18 nömrəli avtobus sərnişinlərin həyatını riskə atıb.
 
Belə ki, marşrutda kondisoner işləmədiyinə görə sürücü avtobusu qapıları açıq sürüb. Sərnişinlər buna etiraz edərkən sürücü deyib: "Kondisioner işləmir deyə belə sürürəm, kimin xoşuna gəlmirsə, düşüb ayaqla getsin. Mən belə sürmək istəyirəm, sürürəm"
 
Daha sonra avtobusuun dolduğunu görən sürücü məcbur olub, qapını bağlayıb.
 


 
Nazim Qasımzadə,
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR