Bakıda sürücü yolda etdiyi bu hərəkətə görə həbs edildi - VİDEO

SOSİAL
13:51 14.05.2020
6155

Bir neçə gün öncə Zabrat şosesində sürücüyə hədə-qorxu gələn şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AZXEBER.COM verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

 

OXŞAR XƏBƏRLƏR

X Mostbet