Rusiyanın Omsk şəhərində avtomobil bir qrup piyadanın üstünə sürülüb.
Bu barədə Omsk vilayətinin Prokurorluğu "Telegram”da məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 7 piyada və avtomobilin sürücüsü xəsarət alıb.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.











































