Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi

Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi
SOSİAL
10:30 20.05.2023
318
Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

"Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Hadisənin baş vermə səbəbi isə bilinmir.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:

"Məsələ ilə bağlı araşdırma aparılır”.
OXŞAR XƏBƏRLƏR