Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
SOSİAL
15:32 08.04.2023
134
Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR