Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var

Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var
HADİSƏ
10:26 12.04.2025
440
Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə saat 06:10 radələrində baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Report"un sorğusuna cavab olaraq bildirib ki, "JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb.

Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR