Sürücü hadisə yerindən qaçıb. Videogörüntüdən məlum olur ki, piyada yolu işıqforun qırmızı işığında keçərkən vurulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyada və sürücüləri yollarda diqqətli olmağa və yol-hərəkət qaydalarına riayət etməyə çağırır.
Qeyd edək ki, bu il yanvarın 1-dən martın 5-dək paytaxt ərazisində 154 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən hadisələr nəticəsində 53 nəfər ölüb,143 nəfər xəsarət alıb.
Bu müddətdə yol-hərəkət qaydalarını pozan 17786 piyada barəsində də cəza tədbiri olaraq inzibati protokol tərtib edilib.//trend