Bakıda taksi sürücüsü məşhur jurnalisti təhdid etdi

Bakıda taksi sürücüsü məşhur jurnalisti təhdid etdi
SOSİAL
09:28 25.01.2023
584
Məşhur teleaparıcı Vüsalə Məmmədovanın başına iş gəlib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb.
 
Belə ki, aparıcı "Bolt” taksi şirkətinin sürücüsünün həm ehtiyatsız davrandığını, həm də onu təhdid etdiyini bildirib.

"Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi "Arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "O qapı içəridən açılmır, sol qapıdan düşün” dedi. İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım.

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "Bu işi neyləyək?”... "Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq etmir... Mənə də deyir ki, səninlə başqa yerdə danışacam”.
 
Qeyd edək ki, Vüsalə Məmmədova İctimai TV-nin "Sabaha saxlamayaq” verilişinin aparıcısıdır.
OXŞAR XƏBƏRLƏR