Bakıda tanınmış rəqqasə həbs edildi - cinayət işi açıldı

Bakıda tanınmış rəqqasə həbs edildi - cinayət işi açıldı
SOSİAL
23:22 24.11.2019
27851
Bakıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb.

Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır.

Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək.

Qeyd edək ki, oğurluqda şübhəli bilinərək tutulan N.Nəsirzadə tanınmış rəqqasədir və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.
 
///News24.az
OXŞAR XƏBƏRLƏR