Bakıda tanınmış xanım teleaparıcı yol qəzasına düşdü - FOTO

DÜNYA
11:51 06.03.2013
4308

Azərbaycanın tanınmış xanım teleaparıcısı yol qəzasına düşüb.

"Space" kanalının xəbərlər proqramı, həmçinin Dövlət Yol Polisi ilə birgə yayımlanan “Siqnal” verilişinin aparıcısıZamirə Dadaşovanın idarə etdiyi “Hyundai” markalı avtomobil bu gün “Jiquli” markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Zamirə Dadaşova Milli.Az-a bildirdi ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. Onun sözlərinə görə, qəzanın baş verməsində onun heç bir günahı olmayıb: "Aşağı sürətlə gedirdim, qəflətən "Jiquli" arxadan çırpıldı. Çox qorxdum. Özümə heç nə olmayıb. Maşının arxa hissəsinə ciddi ziyan dəyib. (milli.az)

OXŞAR XƏBƏRLƏR