Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

KRİMİNAL
11:30 07.03.2022
263
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Kamran Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, "Nəsimi bazarı” kimi tanınan ərazidə K.Rəhimov tanışı, 1995-ci il təvəllüdlü Eyyub Babazadə ilə əlbəyaxa dava edib. O, mübahisə zəminində bıçaqlanıb.

Yaralı 3 nömrəli klinik xəstəxanaya yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

Daha sonra K.Rəhmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR