Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı: tibb işçiləri yaralandılar

Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı: tibb işçiləri yaralandılar
SOSİAL
14:43 13.05.2019
2986
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb.

Xəsarət alan tibb işçiləridir və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR