Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.
Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.