Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldı

Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldı
SOSİAL
13:03 27.10.2022
442
Bakıda tələbə qızlara qarşı əxlaqsız hərəkətlərə yol verən manyak saxlanılıb. 
 
AZXEBER.COM Qaynarinfo-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq Nizami rayonu, H.Əliyev prospektində, metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən "Yolkalıq” adlanan ərazidən keçən tələbə qızlara qarşı nalayiq hərəkətlərə yol verərək, cinsi orqanını nümayiş etdirib.

26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində eyni yerdə həmin əməli etməsi barədə daxil olmuş şikayət əsasında həmin şəxs Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında "Koroğlu” stansiyasının yaxınlığında yerləşən "Yolkalıq” adlanan ərazidə dayanır, oradan keçən tələbə qızlara cinsi orqanını nümayiş etdirir, amma əxlaqsız təkliflər etmirmiş. Əməlindən peşman olan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edib.

Məhkəmədə o da məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb.

Bakı Şəhəri Nizami Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı bildirib ki, Bakı Texniki Kollecinin direktorunun tələbə qızlardan daxil olmuş şikayətlər əsasında müraciəti, o cümlədən daha bir xanımın şikayəti əsasında 26 oktyabr 2022-ci il tarixdə, saat 09:30 radələrində sözügedən əraziyə yaxınlaşıblar və barəsində şikayət edilən şəxsi həmin yerdə aşkar ediblər:

"Yaxınlaşaraq onu saxlamaq istədikdə həmin şəxs qaçmağa çalışdı. Lakin onu saxlayaraq ərazi üzrə 23-cü Polis Bölməsinə apardıq”.

İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Hüseynquluoğlunun sədrliyi ilə baxılıb. Məhkəmə təqsirləndirilən şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 10 gün həbs cəzası seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”