2024-cü il ərzində Bakıda uzunluğu 112 kilometr olan Xüsusi Hərəkət Zolağı (avtobus zolaqları) çəkilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, avtobus zolaqları paytaxtın 37 küçə və prospektində salınıb.
Bundan başqa, ötən il 32 küçə və prospektdə uzunluğu 45,3 kilometr olan velosiped zolaqları çəkilib.