Bakıda Tibb Mərkəzində intihar hadisəsi baş verib.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində qeydə alınıb.
Orada müalicə alan, 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır .