Bakıda "TikTok" fenomeni olan müəllim ÖLÜMLƏ HƏDƏLƏNDİ: "Başını kəsərəm" - VİDEO

Bakıda "TikTok" fenomeni olan müəllim ÖLÜMLƏ HƏDƏLƏNDİ: "Başını kəsərəm" - VİDEO
SOSİAL
16:19 23.09.2022
1121
Sosial şəbəkələrdə yayılan, bir qadının "Uber" taksi xidmətinin sürücüsü tərəfindən ölümlə hədələndiyini iddia etdiyi video aləmi bir-birinə vurub.

AZXEBER.COM "lent.az"a istinadən xəbər verir ki, "Tik-Tok" fenomeni olan ingilis dili müəlliməsi Ayşən Qurbanova dünən başına gələn hadisəni öz "Instagram" hesabında paylaşıb.

O deyir ki, sürücü tərəfindən təhqir və təhdid olunub:

"Bir neçə gün əvvəl "Uber" taksidən istifadə etdim və sürücü mənə arxa oturacaqda makiyaj etdiyim üçün "Sən tərbiyəsizsən, əxlaqsızsan. Sən makiyaj edə bilmərsən kişi xeylağının yanında. Səni maşından düşürdərəm yolun ortasında, başını kəsərəm. Sənin başını əzərəm" və s. bu tipli sözlər dedi.

Bunların hamısını videoya çəkdim, daha sonra həmin sürücünü şikayət etdim. "Uber"ə də şikayət ünvanladım. Mənə "biz o sürücünün işi ilə bağlı məhdudiyyət qoyacağıq, nəsə edəcəyik. Çox üzr istəyirik" dedilər. Sürücünü işdən çıxarmaq yox, onu etdiyi davranışa görə cəzalandırmaq yox, məndən normal üzr istəmək yox.

Həmin sürücünün maşınına bu gün, sabah başqa bir xanım əyləşsə və həqiqətən də, dediyi kimi onun başını kəssə, ya da yolun ortasında döysə, heç kim yaxınlaşıb kömək etməyəcək. "Uber"dən istifadə edirsinizsə, ucuzdur deyə, sifariş etməyin".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Nurlan Əliyev Lent.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik