Bakıda TIR-ların bağladığı yollar açıldı - AÇIQLAMA

Bakıda TIR-ların bağladığı yollar açıldı - AÇIQLAMA
SOSİAL
11:14 17.02.2022
1193
Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.

Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.
OXŞAR XƏBƏRLƏR