Bakıda toy sahiblərinə xəbərdarlıq

Bakıda toy sahiblərinə xəbərdarlıq
SOSİAL
12:14 19.04.2018
3967
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: "Son zamanlar toy mövsümünün başlanması ilə əlaqədar yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır. Bu da təbii ki, süni sıxlığın yaranmasına səbəb olur. Bəy-gəlin cütlüyünün müşayiətində xeyli kobudluğa yol verilir, səs siqnallarından istifadə edilir, yol zolaqları lüzumsuz olaraq tutulur, şadlıq saraylarının qarşısında dayanma-durma tələbləri pozulur və həmin ərazidən avtomobillərin keçməsi mümkünsüz olur ki, bu da ictimaiyyətdə narazılıq yaradır. Bununla əlaqədar xəbərdarlıq edirik ki, yol boyunca kobud yol-hərəkət qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkarlandıqca onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək”.

V.Əsədov bəy-gəlin cütlüyünü müşayiət edən sürücüləri diqqətli olmağa çağırıb: "Yol boyu avtomobili nizam-intizamla idarə edərək başqalarının da hərkətinə şərait yaradın. Bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etməsini tövsiyə edirik, səs siqnallarından istifadə edilməməlidir, sürücülər yolayrıclarının keçmə tələbləri üzrə hərəkət etməlidir və digər sürücülərin hərəkətinə süni maneə yaratmamalıdır. Həmçinin bəzədilmiş avtomobillərin dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. Dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Sürücülər düşünməsinlər ki, ərazidə yol polisi yoxdursa, istədiklərini edə bilərlər. Sürücülər unutmamamlıdır ki, kiçik bir səhv toy mərasimini yas mərasiminə çevirə bilər. Qeyd edim ki, ötən il 6 toy mərasi ilə bağlı yol-qəza hadisəsi baş verib ki, nəticədə bir neçə nəfər həyatını itirib. Biz yol polisi olaraq belə kobud xətalara yol verənlərə şərait yarada bilmərik. İnsanları belə halların qarşısını almağa dəvət edirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO