Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik

Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
SOSİAL
11:28 22.09.2026
98
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

AZXEBER.COM-un məlumatına görə, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,2-1,3 dəfə çoxdur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan bildirilib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır.

Qeyd olunub ki, toz cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Mövcud meteoroloji vəziyyətdən asılı olaraq, tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR