Bakıda tükürpədici qətl: Qadının əl-qolunu bağlayıb yandırdılar - VİDEO

SOSİAL
12:53 23.08.2021
3039
Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.

AZXEBER.COM-un Lent.az-a istnadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb.

Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.

Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.

Hazırda faktla bağlı araşdırmalar gedir.
 

OXŞAR XƏBƏRLƏR