Bakıda Turanbanka basqın oldu

Bakıda Turanbanka basqın oldu
SOSİAL
15:57 18.01.2018
1607
"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

AZXEBER.COM-un Report-a istinadən xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR