Bakıda Türkiyə və xarici universitetlərin təhsil sərgisi keçiriləcək - FOTO+VİDEO

Bakıda Türkiyə və xarici universitetlərin təhsil sərgisi keçiriləcək - FOTO+VİDEO
SOSİAL
12:37 06.04.2018
4129
Aprel ayının 14-15-i tarixlərində Bakıda mötəbər beynəlxalq tədbir keçiriləcək.
 
AZXEBER.COM xəbər verir ki, 2001-ci ildən etibarən İngiltərə, Türkiyə, Polşa, Ukrayna, Misir, Qazaxıstan, Mərakəş kimi dünyanın bir çox fərqli ölkələrində keçirilən Akare Xaricdə Təhsil Sərgiləri 14-15 Aprel tarixlərində Bakıda Hilton oteldə təşkil olunacaq.
 
Sərgidə xüsusilə Türkiyədən olmaqla, Amerika, Kanada, İngiltərə, Almaniya, Fransa, Polşa, Kipr, Latviya, İrlandiya, Rusiya və digər ölkələrdən 50-yə yaxın özəl və dövlət universitetləri, kolleclər və dil məktəbləri xaricdə təhsil almaq xəyalında olan Azərbaycanlı şagirdlərin arzularını reallaşdırmaq üçün onların yolunu gözləyəcək.
 
Burada şagirdlər ali təhsilin bakalavr, magistr və doktorantura pillələri ilə yanaşı xarici ölkələrdə qısa və uzun müddətli dil kursları barədə də ətraflı məlumat əldə edə biləcəklər.
 
Universitetlərin birbaşa öz nümayəndələrindən ətraflı məlumat almaq şansını əldə etmək üçün sizi Akare Xaricdə təhsil sərgilərinə dəvət edirik.

Sərgidə həmçinin müxtəlif kampaniyalar, yarışlar baş tutacaq. Yarışmanın qalibi olacaq gənclərə müxtəlif hədiyyələr veriləcək. 
 
Təhsil sərgisi zamanı British Counsil-lə birgə İELTS sınaq imtahanı da baş tutacaq. 2 gün ərzində 50 tələbə imtahan vermək şansı qazanacaq.
 
Sərgidə iştirak pulsuzdur. Sadəcə olaraq online qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərsiniz. Sərgidə iştirak edənləri xüsusi endirimlər, təqaüdlər və sürprizlər gözləyir.
 
Online dəvətnamə üçün qeydiyyatdan keçin: https://www.akare.com.tr/online-davetiye/fZ2Y87hkJj
 
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR