Bakıda üç qardaşı bıçaqlayan şəxslər həbs edilib

Bakıda üç qardaşı bıçaqlayan şəxslər həbs edilib
KRİMİNAL
13:09 13.12.2013
1805
Bakıda üç qardaşı bıçaqlayan şəxslər saxlanılıb.

Bakı şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Əli Babayevə və onun qardaşları Ruzigara və Nicata bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vuran Bakı şəhər sakinləri Eynulla Mustafayev və Arif Əliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR