Bakıda üçmərtəbəli otel binasında yanğın olub

Bakıda üçmərtəbəli otel binasında yanğın olub
HADİSƏ
19:09 23.08.2025
289
Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

FHN-in Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR