Bakıda uçqun baş verən yataqxanadan heç kim köçürülmədi

SOSİAL
13:02 29.03.2016
1842
“Bakıda uçqun baş verən yataqxanada 96 ailə yaşayır”.
Bunu jurnalistlərə yataqxana sakini Teymur Əliyev bildirib. O qeyd edib ki, uçqundan sonra yataqxanadakı ailələrin əksəriyyətinin köçürüldüyü barədə yayılan məlumatlar doğru deyil: “Yazırlar ki, guya əvvəllər orada 160 ailə yaşayıb, onların əksəriyyəti başqa yerə köçürülüb, hazırda orada 20 ailə qalıb. Bunlar tamamilə yanlışdır. Hazırda binada 96 ailə yaşayır. Uçqun baş verən zaman insan tələfatının baş verməməsi böyük xoşbəxtlikdir. Biz hazırda Abid Şərifovun yolunu gözləyirik”.
Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub. Binada məcburi köçkün ailələri məskunlaşıb.
///Apa

OXŞAR XƏBƏRLƏR