22:38 Bazar Ertəsi, 18 Noyabr 2019
SOSİAL

Bakıda uşaq qidasından qurd çıxdı - Video

11:59, 14.10.20194283
Bakıda uşaq qidasından qurd çıxdı - Video
Bakıda uşaq qidasının içindən qurd çıxıb.
 
AZXEBER.com xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən "Şəfa” aptekindən uşaq yeməyi olan "Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

"Məhsulun istifadə müddəti də bitməyib. Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.
 

XƏBƏR LENTİ