Messi dünya çempionatındakı məğlubiyyətdən sonra ilk dəfə DANIŞDI
İDMAN
06:38 21.07.2026
858
Argentina millisinin hücumçusu Lionel Messi komandasının 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olmasından sonra sosial şəbəkə hesabında duyğusal paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, ulduz futbolçu final məğlubiyyətinin onun üçün çox ağır olduğunu bildirib.
"Ağrı dözülməzdir və bu yaranın sağalması üçün vaxt lazım olacaq. Lakin eyni zamanda yaşadığımız gözəl anları da yaddaşımda saxlayıram. Bütün gücümüzü ortaya qoyaraq matçların taleyini dəyişdirdik və yaddaşlarda əbədi qalacaq oyunlar keçirdik.
Bütün ölkənin dəstəyi, bu komandanın gərgin əməyi və fədakarlığı bizi yenidən dünyanın ən yaxşı komandaları sırasına qaytardı.
Bu gün əldə etdiyimiz nəticəni tam dəyərləndirmək çətindir. Ancaq bu komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəldi.
Hər birinizin mesajına görə ürəkdən təşəkkür edirəm. Biz bir daha ölkə olaraq birləşməyi və argentinalı olmaqdan qürur duymağı bacardıq. Eyni zamanda, İspaniya millisini dünya çempionu olması münasibətilə təbrik edirəm", - deyə Messi paylaşımında qeyd edib.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.