Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
SOSİAL
21:54 18.07.2026
375
Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşla bağlı daha bir rəsmi açıqlama verilib.
Oxu.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:
"Hazırda uşaqların mövcud vəziyyəti qiymətləndirilir. Müayinə və qiymətləndirmə prosedurları başa çatdıqdan sonra uşaqların mənafeyi əsas götürülərək, onların daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək".