Bakıda vaxt ölçən işıqforlar yığışdırılır

Bakıda vaxt ölçən işıqforlar yığışdırılır
SOSİAL
11:02 05.02.2021
470
Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZXEBER.COM-a verilən məlumata görə, nəticədə:
 
- Kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb;
 
- Növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib;
 
- Nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.
 
Sevinc Yasinqızı
OXŞAR XƏBƏRLƏR