Bakıda və Abşeron yarımadasında 120 ilin istilik rekordu qeydə alındı

Bakıda və Abşeron yarımadasında 120 ilin istilik rekordu qeydə alındı
SOSİAL
21:40 01.07.2018
4836
Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Azxeber.com-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında  41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

OXŞAR XƏBƏRLƏR