Bunlardan biri Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Motodrom" yaşayış massividir. Belə ki, həmin ərazidə yollar bərbad vəziyyətə düşüb.
Burada yaşayan sakinlər ilin müxtəlif fəsillərində çətinliklərlə üz-üzə qalırlar.
Yol o qədər pis vəziyyətə düşüb ki, bu ərazidən nə avtomobil, nə təcili yardım, nə də digər nəqliyyat vasitələri keçə bilir.
Sakinlər Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, xəstə insan olduqda onlar üçün təcili yardım gələ bilmir, çünki yol palçıq və keçilməz vəziyyətdədir.
Həmçinin Abşeron rayonunun Masazır kəndi ərazisində də yollar olduqca bərbad vəziyyətə düşüb. Hətta sakinlər öz pulları hesabına yolları düzəltməyə çalışırlar.
Bildirirlir ki, baş verən vəziyyətlə əlaqədar sakinlər şikayətlərini ərazi üzrə icra hakimiyyəti və bələdiyyələrə bildirməlidirlər.










































