Bakıda velosiped sürən uşağı avtomobil vuraraq öldürdü

Bakıda velosiped sürən uşağı avtomobil vuraraq öldürdü
SOSİAL
10:30 04.09.2020
494
Bakıda azyaşlını avtomobil vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR