Bakıda vətəndaşın koronavirus testi ilə bağlı rəsmi açıqlama

Bakıda vətəndaşın koronavirus testi ilə bağlı rəsmi açıqlama
SOSİAL
17:17 21.06.2020
847

Referans Klinik Laboratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb.

Mərkəzdən AZXEBER.COM-a daxil olan açıqlamada deyilir:

"Referans Klinik Laboratoriya Mərkəzi olaraq pandemiya dövrü elan olunduğu ilk gündən etibarən virusla mübarizəyə aktiv dəstək olmaqdayıq. Laboratoriyamızın texniki bazasının, avadanlıq təchizatı üzərində aparılan kontrol yoxlamalar əsasında mərkəzimiz TƏBİB tərəfindən COVID-19 testinin aparılması üçün akkreditə olundu və bunun əsasında ilk günlərdən etibarən mərkəzimizdə COVID-19 testləri aparılmaqdadır. 

TƏBİB ilə əməkdaşlıq daxilində Mərkəzimizdə aparılan bütün test nəticələri pasiyentə təqdim olunmadan öncə birbaşa olaraq TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir, yalnız bundan sonra pasiyentin nəticəsinin pozitiv olması aşkarlandığı haqqında məlumat, növbəti mərhələdə aparılacaq işlərə cavabdeh olan TƏBİB-in əməkdaşları tərəfindən ən qısa zamanda məlumat verilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisələrinə yönləndirilir. Bir laboratoriya mərkəzi olaraq maddi-texniki bazamız əsasında bütün müraciət edən pasiyentlərin laborator nəticələrinin işlənilib TƏBİB-ə düzgün məlumatın zamanında ötürülməsinə dəstək göstəririk. Mərkəzimizə iyunun 18-də müraciət edən M.S. adlı pasiyentimizdən biomaterial götürülüb və təxminən 24 saat sonra (19 iyun saat 18:18-də) əməkdaşlarımız tərəfindən nəticə pasiyentə təqdim olunub. TƏBİB-ə pasiyentin pozitiv olması haqqında məlumat isə 19 iyun saat 17:40-da artıq yönləndirilib.

Pasiyentə yazılı nəticə verilmədən öncə artıq TƏBİB-ə pasiyentin pozitiv nəticəsi və əlaqə məlumatları bizim əməkdaşlarımız tərəfindən yönləndirilmişdi. Lakin təəssüflə qeyd etmək istərdik ki, Mərkəzimizin qeydiyyat əməkdaşı tərəfindən texniki səhvə yol verilib və pasiyentə nəticəsi ’neqativ’ kimi çap olunaraq təqdim olunub. Bir tibb mərkəzi olaraq üzərimizə düşən bu məsuliyyəti anlayaraq bildiririk ki, həmin əməkdaşımız lazimi qaydada cəzalandırılacaq. Pasiyentimizə dünən təqdim olunan neqativ cavab əsasında onun rahat şəkildə ailə üzvləri və yaxınları ilə birlikdə yaxın təmasda olduğunu isə bir aydınlıq gətirmək istərdik ki, bəli, pasiyent neqativ nəticə təqdim olunduğu üçün rahat hərəkət etməyinə baxmayaraq, hər bir halda TƏBİB-ə verdiyimiz məlumata əsasən testi pozitiv çıxan pasiyentin son iki həftədə ətrafında olan insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək. Hər bir halda pasiyentin ətrafında yoluxan insan varsa, bunlar da zamanında aşkarlanacaqdı, bunda sonra isə vətəndaş təyin olunan müalicə müəssisəsinə yönləndiriləcək”.

Mövzu ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qeyd edilən şəxsin COVID-19 testinin nəticəsi pozitivdir:

"Məsələ laboratoriya ilə aydınlaşdırılıb. Həmin vətəndaşın testinin nəticəsi pozitivdir və onun müvafiq nəticəsi TƏBİB-in ümumi databazasına daxil edilib. TƏBİB tərəfdən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçiriləcək. Belə ki onun təmasda olduğu şəxslər müəyyənləşdiriləcək və s. lazımi işlər görüləcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq