Bakıda vətəndaşları aldadan türkiyəli iş adamı axtarışa verildi - FOTO

DÜNYA
14:13 27.03.2013
2147

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən türkiyəli iş adamı axtarışa verilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, 52 yaşlı Metin İhsan Mehmet Ali Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub.

Qeyd edək ki, Metin İhsan Mehmet Ali Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

OXŞAR XƏBƏRLƏR