Bakıda xanımın aşırdığı “Galendewagen” polis zabitinin imiş - FOTO

Bakıda xanımın aşırdığı “Galendewagen” polis zabitinin imiş - FOTO
SOSİAL
01:37 05.08.2016
8531

Bu gün Bakı şəhərində qəzaya uğrayan 99-CL-999 nömrə nişanlı "Galendewagen” markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğunu xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə, həmin avtomobil həqiqətən də idmançıya məxsus olub. Lakin bir neçə ay əvvəl həmin avtomobili dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satıb.

Həmin polis zabitinin kimliyini isə öyrənmək mümkün olmadı

Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen”in idarəetməsini itirərərk aşırıb.

Qeyd edək ki, 99 CL 999 dövlət nömrə nişanı əvvəllər T.Əsgərova məxsus Porsche markalı avtomobilin üzərində olub. // criminal.az

OXŞAR XƏBƏRLƏR