"Capital Towers" yaşayış kompleksində mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib.
"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır.