Bakıda xəstəxanada dəhşətli olay:- özünü 5-ci mərtəbədən atdı

SOSİAL
11:13 02.06.2016
2336
Bakıdakı xəstəxanalardan birində intihar hadisəsi baş verib.
AZXEBER.COM lent.az-a istinadən bildirir ki, dünən saat 18 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Q.Əsgərov mayın 26-da Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR