09:14 Cümə, 06 Dekabr 2019
KRİMİNAL

Bakıda xəstəxanada iki tibb bacısı bir-birini bıçaqladı

12:24, 25.12.20132139
Bakıda xəstəxanada iki tibb bacısı bir-birini bıçaqladı

1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb

Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb.H. Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E. İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.
XƏBƏR LENTİ