Bakıda xəstəxananın həyətində bədəni döyməli kişi meyiti tapıldı

Bakıda xəstəxananın həyətində bədəni döyməli kişi meyiti tapıldı
SOSİAL
13:02 24.10.2016
1367

Bakıda xəstəxanalardan birinin həyətində 25-30 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

Hadisə ötən gün Sabunçu rayonunda yerləşən Bakı Baş Səhiyyə İdarəsinin 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində qeydə alınıb.

Kimliyi bilinməyən şəxsin bədəninin müxtəlif nahiyələrində çoxlu sayda döymələr var.
Ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR