Bakıda yağıntı nə vaxtadək davam edəcək?

SOSİAL
09:51 22.10.2024
291
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətin rəsmisi Gülnarə Abbasova BAKU.WS-ə bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

"Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".
OXŞAR XƏBƏRLƏR