Bakıda yağıntının fəsadları: Drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib

Bakıda yağıntının fəsadları: Drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib
SOSİAL
11:35 22.10.2024
265
Hazırda Azərbaycana yağan yağıntılarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda yağışdan sonra küçələrdə subasmasının səbəbini yağıntının illik normadan dəfələrlə artıq olmasında, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda yaranan problemlərdə görür.

"Report”a açıqlamasında xidmətin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən borular, drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib:

"Təbii ki, bunlar zaman-zaman dəyişdiriləcək. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşiblər. Eyni funksiyanı yerinə yetirilir. Bunların da zaman zaman bir- birindən ayrılması prosesi həyata keçiriləcək”.

Xidmət rəsmisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə Bakıda evlərin, həyət evlərinin sayı artıb və bu evlər harada gəldi inşa olunur:

"Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlar qapalı vəziyyətdədir, üzərinə betonlar tökülüb. Hazırda bu kimi neqativ vəziyyətin aradan qaldırılması üçün də işlər görülür”.

C.Musaoğlu bildirib ki, normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı birinci şəxsdən rəhbərliyə qədər hər kəs səfərbər olaraq işləyir:

"Problemin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, o cümlədən Regional Su Meliorasiya Xidməti gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir. Bəzən texnika və işçi qüvvəsin çatdırmaq olmur, həmçinin yuxarıda sadaladığım problemlər işə maneə töərdir. Elə yerlər var ki, suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, "Bakı şəhərinin Baş planı 2040"da şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət, kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Artıq bu işlərin həyata keçirilməsi üçün işlər başlayıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!