Bakıda yağıntının fəsadları drenaj sistemlərinə görədir? - Mer AÇIQLADI

SOSİAL
13:09 22.10.2024
162
"Bakı sürətlə inkişaf edir. Yeni binalar tikilir. Bununla paralel şəkildə su təchizatı sistemi də daim inkişafdadır. Hər halda bu seqmentdə problemlər var".
 
Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
 
Bakı merinin dediklərinə görə, kanalizasiya sistemləri ilə bağlı problemlər var onlar səlahiyyətli qurum olaraq məsələni təhlil edib münasibət bildirəcəklər:
 
"Hazırda kanalizasiya sistemləriylə bağlı problemlər gündəmdədir. Bu öhdəliklər "Azərsu ASC"nin səlahiyyətindədir. Bu hadisədən sonra biz hər şeyi təhlil edib münasibətimizi açıqlayacayıq".
 
Mikayıl Mirzəzadə
 
OXŞAR XƏBƏRLƏR