Sabunçu rayonunun "Savxoz Ramana" adlanan ərazisindəki kanalizasiya sisteminin olmaması sakinləri ciddi narahat edir.
AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, yağışlar zamanı suyun düzgün axıdılmaması nəticəsində yollar su ilə dolur və ərazilər keçilməz hala gəlir.
Sakinlər iddia edir ki, illərdir kanalizasiya çəkilməsi üçün vəsait ayrılmasına baxmayaraq, layihə hələ də həyata keçirilməyib. "Yağış yağıb, yolu keçə bilmirik. Suyu matorlarla kanala vurular. Bu vəziyyət artıq illərdir davam edir," – deyə ərazidə yaşayan sakinlər qeyd ediblər.