Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
SOSİAL
17:46 27.04.2025
325
Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
OXŞAR XƏBƏRLƏR