Bakıda yanğın baş verən məktəblə bağlı son vəziyyət AÇIQLANDI

Bakıda yanğın baş verən məktəblə bağlı son vəziyyət AÇIQLANDI
SOSİAL
09:32 10.01.2022
187
Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş verən yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.
OXŞAR XƏBƏRLƏR