Bakıda yanğın - İki nəfər tüstüdən zəhərləndi

SOSİAL
16:47 08.08.2016
1321
Nizami rayonunda mənzildə baş verən yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
AZXEBER.COM  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 30 m2 olan 2 otaqlı mənzilin mətbəxində 6 m2 sahədə əşyalar yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR