Bakıda yanmış meyiti tapılan şəxsin üzərində xəsarət izi aşkarlanmayıb

Bakıda yanmış meyiti tapılan şəxsin üzərində xəsarət izi aşkarlanmayıb
SOSİAL
10:05 28.04.2020
677
Bakıda yanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

Martın 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən çəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR