Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirildi - FOTOLAR

Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirildi - FOTOLAR
SOSİAL
00:15 22.02.2025
1213
Fevralın 20-də Bakıda YARADICI Mərkəzdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirilib.

AZXEBER.COM xəbər verir ki, əvvəlcə forum vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sayğı duruşu və milli himnimizin oxunması ilə başlayıb.

Forumun aparıcısı telejurnalist Aynur Kərimli təşkilatçılar adından qonaqları salamlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və yaradıcı sahənin inkişafının uğurla davam etdiyini bildirib.

Açılış mərasimində çıxış edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili forumun baş tutmasına verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və rəsmi tərəfdaş təşkilatlara – YARADICI Mərkəzə, Azərbaycan-Türkiyə Evinə və "News Baku” Media və Kommunikasiya Mərkəzinə təşəkkür edib.

QHT sədri forumdan gözləntilərin böyük olduğunu bildirib:

"Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə, dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək”.

Forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğulayan T. Allahverdili qeyd edib ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa şərait yaradır.

Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Yaradıcı Sənaye sahə­sinə kütləvi girişin təmin edilməsi, yeni iqtisadi modellərin inkişaf etdirilməsi, insanların etmək istədikləri yeniliklər barədə fikirlərini və ideyalarını bölüşmələri, süni intellekt və texnologiyanın gücü ilə insanların həyatının asanlaşdırılması və yeni texnologiya imkanlarından səmərəli istifadə mövzusunda çıxış ediblər.

Forum QHT və media rəhbərlərinin, həmçinin yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə panel sessiyalarla davam edib.

İnsun Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan MEDİA və YARADICI sənayenin qarşılıqlı əməkdaşlıq perspektivləri adlı paneldə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.az saytının baş redaktoru Hacıbəy Heydərli, sənətşünas, Moderator.az-ın baş redaktoru Xəyalə Rəis, tanınmış telejurnalist, aparıcı Jalə Həsənli, siyasi şərhçi, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatoru olduğu Yaradıcı sənaye: İnnovativ və dayanıqlı inkişaf mərhələləri mövzusunda baş tutan ikinci panrifdə isə tanınmış jurnalist, Manşet.az-ın rəhbəri Əli Vəliyev, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydınxan Əbilov, rejissor, Baku.es xəbər saytının rəhbəri Fikrət Məmmədov və gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar mövzu ətrafında geniş çxış ediblər.

Forumun sonunda məruzəçilərə plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır