Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı
SOSİAL
22:26 30.05.2021
437
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
OXŞAR XƏBƏRLƏR